Xəbərlər
Martda Ceyhan limanından 2,6 milyon ton Azərbaycan nefti dünya bazarına çıxarılıb
Martda 2 milyon 604 min 212 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 697 min 723 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Yanvar-mart aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 7 milyon 838 min 445 ton olub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri - BTC istismara verilən gündən bu il aprelin 1-dək Ceyhan limanından 299 milyon 32 min 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.