YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

Ukrayna Prezidenti Petro Poroşenko aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Prezident Petro Poroşenko Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı narahatlığını ifadə edib.

Dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.

Ukrayna Prezidenti bu münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həlli ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib.

Söhbət zamanı Azərbaycan və Ukrayna prezidentləri ikitərəfli münasibətlərin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.