YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin 11-ci Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Xəbərdə qeyd olunur ki, Abdulla Gül cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı Abdullah Gülün Türkiyə Respublikası Prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.