YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Metyu Brayza: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək etməlidir

Beynəlxalq ictimaiyyət bu gərgin məqamda Rusiyanın göstərdiyi fəallıq səviyyəsində iştirakını artırmaq yolu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilərdi. Rusiya Prezidenti, müdafiə naziri və xarici işlər naziri bu məsələdə aktiv mövqe tutur.

Bunu Trend-ə ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət ATƏT-in Minsk qrupunun simasında Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli nizamlanmasına kömək etməyə çalışır.