Xəbərlər
Prezident İlham Əliyev Sloveniyanın Prezidenti Borut Pahora təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora, Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan-Sloveniya dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına daim sülh və rifah arzulayıram”.