YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Əsədov: Azərbaycan Ordusu erməni tərəfinin növbəti təxribatına layiqli cavab verərək, öz gücünü göstərdi

«Azərbaycan atəşkəsə həmişə sadiq olub. Lakin Azərbaycan müəyyən uğurlar əldə etdikdə Ermənistan ölkəmizə qarşı təxribatlar etməyə cəhd edir və Azəraycan da öz növbəsindən onları cavab atəşi ilə susdurur. Son günlər cəbhə xəttində baş verən hadisələr də bunu sübut edir». Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bugün keçirilən iclasında deyib.

O.Əsədov bildirib, Ermənistan son zamanlar artıq mülki əhaliyə mərmilərdən atəş açmağa başlayıb və ordumuz da cavab olaraq  düşmənə layiqli cavab verib. Onun sözlərinə görə, Azərbaycan Ordusu erməni tərəfinin növbəti təxribatına layiqli cavab verərək, öz gücünü göstərdi. 

 «Artıq bir sıra yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün əsas yüksəkliklər Azərbaycan Ordusu tərəfindən geri alınıb. Bu dəqiq əməliyyatlara görə ordumuza təşəkkür edirəm. Azərbaycan atəşkəs rejiminə əməl etsə də, Ermənistan buna məhəl qoymaq istəmir. Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi  tərəfindən ölkəmizin rəsmi mövqeyi açıqlanıb. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan edib ki, Azərbaycan imitasiya xatirinə danışıqların aparılmasının tərəfdarı deyil. Ancaq Ermənistan status-kvonu saxlamaq üçün danışıqlar amilindən sui-istifadə edir. Azərbaycan hərbçiləri öz torpağında vuruşur. Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur, biz bunu yaxşı bilirik. Biz bu məsələdə status-kvonun qalmasına razı deyilik. Azərbaycan əlindən gələni edəcək ki, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində nəhayət ki, bir hərəkət başlasın. Bildiyiniz kimi bu gun Minsk qrupu toplanır. Ancaq Minsk qrupu toplansa da, onlara bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetiriləcək,əgər  yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərəcək»- deyə, spiker vurğulayıb.