YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda 32 hərbi qulluqçunun mənzillə təmin olunması barədə qərar qəbul edilib

Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 32 nəfər hərbi qulluqçunun mənzillə təmin olunması ilə bağlı qərar qəbul edilib.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2014-cü il 24 iyun tarixində Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

İclasda Komissiya tərəfindən mənzil növbəsinə qəbul olunmuş hərbi qulluqçulardan daha 32 nəfərin dövlət vəsaiti hesabına mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

 

DİGƏR Xəbərlər Arxiv