Partiya xəbərləri
YAP Gənclər Birliyinin təmsilçiləri Tiflis şəhərində “Cənubi Qafqazın və Ukraynanın gənc siyasətçilərinin IV Forumu”nda iştirak ediblər

30-31 mart tarixində Gürcüstanın Tiflis şəhərində keçirilən “Cənubi Qafqazın və Ukraynanın gənc siyasətçilərinin IV Forumu”nda Azərbaycanın müxtəlif partiyalarını təmsil edən gənclər iştirak edir.
Forumda YAP GB Ofisinin koordinatoru Ümid Abuzərli “Cənubi Qafqazda və Ukraynada yerli özünü idarəetmə orqanlarının rolunun artırılması” mövzusunda çıxış etmişdir.
Vurğulanıb ki, hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə nəinki ölkə daxilində aparıcı partiyadır, eyni zamanda beynəlxalq müstəvidə güclü və nüfuzlu siyasi qüvvə kimi tanınır.
Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı Məmmədbağır Məmmədov isə “Ümumi forumun məqsədi və nəticəsi ” mövzusunda məruzə ilə bağlanış tədbirində çıxış edəcək.
Qeyd edək ki, Formun əsas məqsədi gənc siyasətçilər arasında təcrübə mubadiləsinin təşkilidir.