Xəbərlər
Milli Məclisin deputatları Qazaxıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılığı ilə deputatlar Xanlar Fətiyev, Adil Əliyev və Nizami Cəfərov martın 20-də Qazaxıstanda keçiriləcək növbədənkənar parlament seçkilərini müşahidə edəcəklər.
Valeh Ələsgərov və Xanlar Fətiyev MDB Parlamentlərarası Assambleyasının, Adil Əliyev MDB İcraiyyə Komitəsinin, Nizami Cəfərov isə Türkdilli Ölkələrin Parlamentlərarası Assambleyasının xətti ilə müşahidəçilər missiyasına qatılacaqlar.
Səfər zamanı deputatlar bir sıra seçki məntəqələrində olacaq, seçicilərin fəallığını müşahidə edəcək, prosesin gedişi ilə bağlı fikirlərini bildirəcəklər.