Xəbərlər
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2158 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, şirkətin kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1828-1821 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.