YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir Şahin Mustafayev: Azərbaycan Rusiyanın 78 federal subyekti ilə fəal əməkdaşlıq edir

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev ilə görüşmüşdür.

Görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulamışdır.

Qeyd edilmişdir ki, ölkələrimiz arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir, Azərbaycan ilə Rusiya arasında möhkəm müqavilə-hüquqi baza yaradılmışdır. Ticarət, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə iki ölkə arasında əlaqələrin uğurlarından danışan nazir Azərbaycanın Rusiyanın 78 federal subyekti ilə fəal əməkdaşlıq etdiyini vurğulamışdır. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edən Şahin Mustafayev Qəbələ forumunun əməkdaşlığın inkişafına daha sanballı töhfə verəcəyini diqqətə çatdırmışdır.

Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev qonaqpərvərliyə görə təşəkkür etmiş, V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu bildirmişdir. Forumda Rusiyanın 25 federal subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirən İ.Slunyayev tədbirin regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacağına əminliyini ifadə etmişdir.

Görüşdə Azərbaycan və Rusiya regionları arasında əməkdaşlıq imkanları, bir sıra ikitərəfli sənədlərin imzalanması, kənd təsərrüfatı, sənaye və s. sahələrdə əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.