Xəbərlər
İtaliya şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
İtaliyanın "Namak Srl" şirkəti Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan bildiriblər ki, qida məhsullarının ixracı ilə məşğul olan şirkət İtaliyanın ən məşhur brendlərini təmsil edir. "Namak Srl" məhsulları ilə maraqlana biləcək yerli idxalçılar və distribüterlərlə əlaqə yaratmaq niyyətindədir.