Xəbərlər
Əli Məsimli: Qanunlar yeni mərhələdə islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət edir
«Son dövrlərdə Milli Məclisdə qəbul olunan qanunlar yeni mərhələdə islahatların hüquqi bazasının möhkəmləndirilməsinə və müasir dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir». Bu fikri Milli Məclisin deputatı Əli Məsimli deyib.
Ə.Məsimli bildirib ki, yeni iqtisadi şəraitdə alınan qərarlar sırasınada ixracın subsidyalaşdırılması xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, həyata keçirilən islahatları, eyni zamanda, əhalinin son bir ildə baş verən devalvasiyalar nəticəsində artan sosial xərclərinin kompensasiya edilməsinə yönələn addımlar kimi dəyərləndirmək mümkündür.
«Baş verən məlum devalvasiyalar əhalinin sosial xərclərinin çoxalmasına, həmçinin işsizlik kimi mənfi təzahürlərə zəmin yarada bilər. Bu kimi halların qarşısını almaq üçün atılan addımlar, sistemli xarakter daşıyacaq. Bu baxımdan əmanətlərin tam həcmdə sığortalanması çox vacib addımdır»- deyə, Ə.Məsimli vurğulayıb.