Xəbərlər
Səfir Fransis O’Donnell: Qlobal Bakı Forumu aktual məsələlərin müzakirə olunduğu mühüm platformadır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən qlobal proseslərin müzakirə olunduğu mühüm platformadır.
Bu fikri Beynəlxalq və Avropa Məsələləri üzrə İrlandiya İnstitutunun nümayəndəsi, səfir Fransis O’Donnell bildirib. O qeyd edib ki, dünyanın üzləşdiyi problemlərin həlli yollarını müzakirə etmək üçün bir araya gəlmək çox vacibdir. Dialoq, əməkdaşlıq, fikir mübadiləsi problemlərin həlli yollarının tapılmasına və çoxtərəfli əməkdaşlıqda etimada gətirib çıxara bilər.
Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfələrin yüksək qiymətləndirildiyini deyən səfir Bakı Forumunun üzləşdiyimiz çağırışlara qarşı birgə mübarizədə mühüm töhfələr verdiyini vurğulayıb. O deyib: “Biz artıq başa düşürük ki, yaranmış problemləri ayrı-ayrılıqda həll etmək mümkün deyil. Problemləri yalnız birgə səylərlə, bir-birimizi dinləyərək, müzakirə edərək həll edə və nailiyyət qazana bilərik. Bu baxımdan Qlobal Bakı Forumunun keçirilməsi çox önəmlidir”.