YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir

Tələbə tələbə təqaüdlərinin akademik göstəricilərə görə ödənilməsi nəzərdə tutulur. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, artıq başa çatmış bu semestrdə tələbələrin qiymətlərini nəzərə alınıb. Onun sözlərinə görə, tələbələrə təqaüdlərin ödənilməsi ilə bağlı tətbiq edilən yeni sistem şəffaf, müasir və tələbələr arasında rəqabəti artıran bir sistemdir.

«Yeni qaydaya əsasən, fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü, fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü veriləcək. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır. Fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə "adi" təqaüd veriləcək»- deyə, nazir vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv