Xəbərlər
Mikayıl Cabbarov: Müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır
Bu il Azərbaycanda I sinfə gedəcək şagirdlərin sayı artacaq. Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
M.Cabbarov bildirib ki, müsbət demoqrafik vəziyyətin nəticəsi olaraq hər il 1-ci sinfə gələn şagirdlərin sayı artır. Onun sözlərinə görə, növbəti illər ərzində də bu dinamika müşahidə olunacaq.
«Bu da öz növbəsində təhsil sistemi üçün bir sıra çağırışlar - yeni siniflərin yaradılması, yeni müəllim hazırlığı deməkdir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir. Ötən ildən I siniflərə elektron qəbula başlanılıb. Bunun məqsədi prosesin sadələşdirilməsi, şəffaflaşdırılması, insan ünsiyyətinin və faktorunun minimuma endirilməsidir»- deyə, nazir vurğulayıb.