Xəbərlər
Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana səfərə gələcək
Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, fevralın 29-da Pakistanın Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Rəşad Mahmudun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Martın 3-dək davam edəcək səfər çərçivəsində qonağın bir sıra görüşləri nəzərdə tutulub.