Xəbərlər
Federika Mogerini Azərbaycana gəlir
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Azərbaycana səfər edəcək.
XİN-dən verililən məlumata görə, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti F.Mogerininin Azərbaycana səfəri 29 fevral-1 mart tarixlərində baş tutacaq.
Səfər çərçivəsində F.Mogerininin fevralın 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.