Xəbərlər
Prezident İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri ətrafında fikir mübadiləsi davam etdirilib
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi davam etdirilib.