Xəbərlər
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançada 2617 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyu 978-967 metr intervaldan sutkalıq 11 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.