Xəbərlər
Azərbaycanda rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrinin siyahısı hazırlanıb
Dövlət Radiotezliklər İdarəsi (DRİ) rəqəmsal TV siqnalının zəif qəbul olunduğu yaşayış məntəqələrini müəyyənləşdirib.
Monitorinqin nəticələri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyinə təqdim edilib. Qurumun struktur bölmələri əldə edilmiş nəticələr əsasında rəqəmsal televiziya siqnalının əhatə dairəsini genişləndirəcək.
Işlər Xızı, Şamaxı, Siyəzən, Quba, İsmayıllı, Qax, Cəlilabad, Yardımlı, Astara, Göygöl, Gədəbəy, Qazax, Tovuz və Daşkəsən rayonlarının yaşayış məntəqələrində (xüsusilə kənd yerlərində) aparılacaq.