Xəbərlər
Hava nəqliyyatı ilə yükdaşıma 44,9 faiz artıb
2016-cı ilin yanvar ayında hava nəqliyyatı ilə 114,6 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 44,9 faiz artaraq 11,3 min tona çatıb.