YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Gülməmmədov: Dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz – bənd artaraq 37,8 faiz təşkil edəcək

«2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi zərurəti dünya iqtisadiyyatında baş verən proseslərdən yaranıb. Bu proseslər Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmür. Çünki Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatında baş verən ictimai-siyasi proseslərin tərkib hissəsidir». Bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

V.Gülməmmədov bildirib ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz – bənd artaraq 37,8 faiz təşkil edəcək. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1810 milyon manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 milyon manat çoxdur.

«Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. 2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2,0% azdır. ARDNF-dən dövlət büdcəsinə transferin məbləği manat ifadəsində təsdiq olunan məbləğdən 1 615,0 mln. manat və ya 26,9% çox olsa da, ABŞ dolları ifadəsində təsdiq olunmuş büdcə ilə müqayisədə transfertin məbləği 1 000,0 mln. dollar azaldılıb və bu məbləğdə Fondun qalığına qənaət edilir. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz - bəndi çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408,0 mln. manat və ya 6,2% çoxdur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektorunun, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür. Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan 5 400,0 mln. manat vergilərin daxilolması nəzərdə tutulur ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588,0 mln. manat və ya 12,2 % çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasının səbəblərindən biri manatın yeni məzənnəsinin nəzərə alınması olub»- deyə, V.Gülməmmədov vurğulayıb.