Xəbərlər
Almaniya Ukrayna-Gürcüstan-Azərbaycan-Mərkəzi Asiya marşrutuna qoşula bilər
Almaniya Ukrayna-Gürcüstan-Azərbaycan-Orta Asiya nəqliyyat marşrutuna qoşula bilər.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.
Məlumata görə Ukraynadan Azərbaycandan keçməklə Mərkəzi Asiya istiqamətində yükdaşıma sifarişlərinin sayı artıb. Hazırda Almaniyadan yüklərin cəlb olunması ilə bağlı işlər görülür. Bununla bağlı yaxın zamanlarda nəticə əldə ediləcək.