Xəbərlər
Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqlənib
Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda ilk olaraq “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi məsələsinə baxılıb. Əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.
Daha sonra maliyyə naziri Samir Şərifov qanun layihəsi haqqında məlumat verib. Müzakirələrdən sonra qanun layihəsi qəbul olunub.
Sonra “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər olunması, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edilib.
İclasda, həmçinin Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələyə baxılıb.
Bundan başqa, deputatlar Ziyafət Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul ediblər.