Xəbərlər
Avropa Komissarı: Turizm iqtisadi yüksəlişə və yeni iş yerlərinin yaradılmasına kömək edir
UNESCO və Avropa Komissiyası “mədəniyyət marşrutlarının” inkişafı üzrə birgə layihəyə başladıqlarını elan ediblər. Layihənin məqsədi turistləri Dünya İrsi obyektlərinə cəlb etmək və digər mədəniyyət yerləri və hadisələrini, məsələn, müəyyən Avropa marşrutları boyunca muzey və festivalları tanıtmaqdır.
Layihənin başlanması münasibətilə keçirilən tədbirdə Aİ-nin daxili bazar, sənaye, sahibkarlıq, kiçik və orta müəssisələr üzrə komissarı Eljbeta Benkovska vurğulayıb ki, turizm tarixi yerlər və şəhərlərə “yeni həyat bəxş edir”, insanlara digər xalqların keçmişini başa düşməkdə, iqtisadi yüksəlişə və bu gün vacib olan yeni iş yerlərinin yaradılmasına kömək edir.
Layihənin ilkin büdcəsi 1,5 milyon avro olacaq. Səyahətçilər üçün birinci “mədəniyyət marşrutları” 2017-ci ilin sonunda açılacaq. UNESCO-nun Dünya İrsi obyektlərinə gedən turistlər mobil əlavələr vasitəsilə mədəniyyət obyektləri haqqında xəritələr və məlumat əldə edə bilərlər.
UNESCO-nun Baş direktoru İrina Bokova deyib: “Avropanın “mədəniyyət marşrutları” layihəsi icma və regionların davamlı iqtisadi inkişafında mədəni irsin tükənməz mənbə kimi xidmət göstərmək bacarığını təsdiq edəcək”.
O, Avropa layihəsinin regionun digər ölkələrini də ruhlandıracağına ümidvar olduğunu bildirib.