Xəbərlər
Milli Məclisin növbəti plenar iclasında altı məsələyə baxılacaq

Fevralın 23-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçiriləcək.
Gündəliyə əsasən iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişikliklər olunması, “Polis haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacaq.
İclasda, həmçinin Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə məsələ də diqqət mərkəzində olacaq.
Deputatlar Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi barədə məsələni və “Elm haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcəklər.