YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahmud Vaezi: İran-Azərbaycan münasibətləri indiki yüksək səviyyədə olmayıb

Son 20 il ərzində İran-Azərbaycan münasibətləri indiki yüksək səviyyədə olmayıb. Təkcə ötən il iki dövlətin rəsmi şəxsləri arasında 55 görüş keçirilib. Bu görüşlərdə əldə edilən razılaşmaların əksəriyyəti icra olunub.

Bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədri Mahmud Vaezi deyib.

İranlı nazir bildirib ki, aparılan danışıqların nəticəsi olaraq rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza rejimini sadələşdirəcək. Həm Azərbaycan, həm də İran prezidenti ölkələr arasındakı əlaqələrin inkişafını diqqətdə saxlayırlar ki, bu da gələcəkdə daha da səmərəli əməkdaşlıq üçün zəmin yaradır.

Dövlət Komissiyası haqqında danışan M. Vaezi deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı məqsədilə yaradılan komissiyanın indiyədək göstərdiyi fəaliyyət uğurlu olub. Komissiyada nəqliyyat, energetika, səhiyyə və qadın məsələləri üzrə komitələr yaradılıb. Bu komitələrin gündəliyinə çıxarılan problemlər müzakirə edilərək müsbət nəticələr əldə olunub.

 

DİGƏR Xəbərlər Arxiv