Xəbərlər
Azərbaycanın xarici işlər naziri Gürcüstanda səfərdədir
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə gəlib.
Nazir fevralın 19-da Azərbaycan, Gürcüstan və Türkiyə xarici siyasət idarələri rəhbərlərinin Tbilisidə keçiriləcək beşinci üçtərəfli görüşündə iştirak edəcək.
Görüş iştirakçıları, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedən ərazilərə baxacaq, inşaat işlərinin gedişatı ilə maraqlanacaqlar.