Xəbərlər
Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iyunun 28-də Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Səfər Azərbaycan iş adamlarına Qazaxıstanda tərəfdaş tapmaq və ölkəmizdə istehsal olunan məhsulların ixracının genişləndirilməsi məqsədilə həyata keçirilir.
Bu, 2014-cü ilin əvvəlindən Azərbaycan və Qazaxıstan arasında ikinci biznes forum olacaq.
Maraqlananlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.