Xəbərlər
Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində enerji siyasətinə dair “dəyirmi masa”da iştirak edib
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geopolitikası üzrə enerji siyasəti” mövzusunda “dəyirmi masa”da iştirak edib.