YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Diaspor təşkilatının sədri Avropa Parlamentinin deputatına Xocalı soyqırımına dair bəyanat təqdim edib

İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətin sədri Nadir Hollenbrand İsveçdə yerləşən Parlament evində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar Avropa Parlamentinin deputatı Fredrik Federley ilə görüş keçirib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüş zamanı deputata Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, həmçinin, qətliamı pisləyən bəyanatın ingilis dilində nüsxəsi təqdim edilib.

Bəyanatda bildirilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqətdən xəbərdar olmalı, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir.

Deputat F.Federley qeyd edib ki, yaxın zamanda Brüsseldə olacaq və bəyanatı Avropa Parlamentinə təqdim edəcək. Söhbət zamanı məlum olub ki, F.Federley bir ay əvvəl Azərbaycanda işgüzar səfərdə olub.

Deputat Azərbaycan və azərbaycanlılar haqqında yüksək fikirdə olduğunu bildirib və vurğulayıb ki, Azərbaycana səfəri zamanı ölkəmizin füsunkar gözəlliyinə və xalqımızın vətənpərvərliyinə heyran qalıb.