Xəbərlər
Brüsseldə Cənubi Qafqazda reallaşdırılan enerji layihələrinin əhəmiyyətindən danışılıb
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili Brüsseldə keçirdiyi görüşlərdə “Şahdəniz-2”, “Cənub” qaz dəhlizi və Cənubi Qafqaz boru kəməri layihələri barədə danışıb.
Gürcüstan hökumətinin dəftərxanasından bildiriblər ki, G.Kvirikaşvili bu layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd edib. Bildirilib ki, Avropa İttifaqının enerji və iqlim dəyişikliyi məsələləri üzrə komissarı Migel Arias Kanyete ilə keçirilən görüşdə qeyd olunub ki, bu layihələrin reallaşması təkcə Cənubi Qafqaz bölgəsinin deyil, ümumilikdə Avropanın enerji təminatında və təhlükəsizliyində mühüm rol oynayacaq.
Görüşdə, həmçinin Cənubi Qafqazda həyata keçirilən digər irimiqyaslı layihələrdən söz açılıb, onların əhəmiyyəti vurğulanıb. Komissar Avropa İttifaqının bu layihələri dəstəklədiyini bildirib.