Xəbərlər
RF-nin Federasiya Şurası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə abidə ucaldılması ideyasını dəstəkləyir
Rusiya Federasiyası Dövlət Dumasının yuxarı palatasının vitse-spikeri İlyas Umaxanov Rusiyanın “Vestnik Kavkaza” agentliyinə müsahibəsində deyib: “İctimai təşkilatların Baykal-Amur magistralının tikintisində Heydər Əliyevin rolunu bizim mədəni, humanitar qarşılıqlı fəaliyyətimizin rəmzi, ümumi tarixi yaddaşımızın qorunması kimi əbədiləşdirilmək təşəbbüsü var”.
İ.Umaxanov qeyd edib ki, “Rusiya Dəmiryolları” ASC-nin rəhbərliyi ilə məsləhətləşmələr aparılır və yaxın günlərdə bu mövzu ilə bağlı ilk işçi iclas keçiriləcək. İ.Umaxanov deyib: “Bu layihəni qeyri-büdcə mənbələri, o cümlədən xeyriyyə, şəxsi vəsaitlər, ianələr hesabına maliyyələşdirməyə hazır olan təşəbbüs qrupu var. İdeya maksimum dəstəklənməyə layiqdir və Federasiya Şurası onu mümkün qədər tez həyata keçirmək üçün əlindən gələni edəcək. İdeal halda bunu Heydər Əliyevin doğum gününə, may bayramlarından dərhal sonra başa çatdırmaq lazımdır”.