YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Dünya ölkələrində sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir

«Dünya ölkələrində iqtisadi böhranla əlaqədar sosial sahə üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir». Bu fikri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov YAP-ın İqtisadi məsələlər komissiyasının bu gün keçirilən iclasında deyib.

S.Müslümov bildirib ki, ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi (5665,9 milyon manat) məhz sosial təyinatlı xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur. S.Müslümov son vaxtlarda xarici mənfi iqtisadi təsirlərin güclənməsi, digər ölkələrdə milli valyutaların kəskin ucuzlaşması səbəbindən manatın devalvasiyaya məruz qaldığı şəraitdə də dövlət başçısının ilk növbədə əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında əsas vəzifə kimi müəyyən etdiyini vurğulayıb.

«Neftin qiymətinin dünya bazarında kəskin ucuzlaşması ilə bağlı dövlət büdcəsi gəlirlərinin azalmasına, bu səbəbdən bir sıra layihələr üzrə xərclərin azaldılmasına baxmayaraq, Prezident İlham Əliyev heç bir sosial proqramın qətiyyən təxirə salınmayacağını, bütün sosial proqramların davam etdiriləcəyini bəyan edib»- deyə, nazir vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv