Xəbərlər
İsveçin xarici işlər naziri Azərbaycana səfər edəcək
İsveçin xarici işlər naziri Margot Vallström Azərbaycana səfər edəcək. O, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər ölkələrinə də gedəcək. Bu barədə məlumat İsveç Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Bu, 2014-cü ilin oktyabrından İsveç xarici siyasət idarəsinin rəhbəri vəzifəsində çalışan Margot Vallströmun Azərbaycana ilk səfəri olacaq.