Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbçilərimiz fevralın 1-dən 3-dək Romada NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransına, fevralın 1-dən 5-dək Ankarada terrorçuluqla mübarizə, fevralın 1-dən 12-dək kiber müdafiə, fevralın 1-dən martın 4-dək isə İstanbulda partlayıcı maddələrin aşkarlanması kurslarına qatılıblar.