YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Jüdische Rundschau” qəzeti: Yəhudilər Azərbaycanda tolerantlıq mühitində yaşayırlar

Almaniyanın “Jüdische Rundschau” qəzetində Azərbaycandakı mövcud tolerantlıq mühiti barədə məqalə dərc edilib. Məqalədə Azərbaycan və İsrail arasındakı münasibətlərdən və ölkəmizdə yəhudilərin tolerantlıq mühitində yaşamalarından bəhs olunur.

Məqalənin müəllifi beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut bildirir ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan Avrasiya regionunda İsraillə ən yaxşı münasibətlərə malik ölkədir. Bunun əsasında Azərbaycanda yaşayan yəhudilər və azərbaycanlılar arasında olan sıx dostluq münasibətləri dayanır.

Məqalədə müxtəlif dini və etnik qrupların vətəni olan Azərbaycandakı mövcud tolerant mühitdən söhbət açılaraq qeyd edilir ki, Azərbaycan hökumətində qadınlar, etnik və dini azlıqların nümayəndələri həmişə təmsil olunublar.

Müəllif bildirir ki, Azərbaycanın tolerantlıq mühiti müstəqillik əldə etdikdən sonra böyük sınaq qarşısında idi. Amma hətta Ermənistanla qanlı münaqişə dövründə belə Azərbaycan öz tarixi ənənələrindən imtina etmədi.

Məqalədə vurğulanır ki, azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər.

Müəllif Azərbaycan ilə İsrail arasında iqtisadiyyat və ticarət sahəsindəki qarşılıqlı əməkdaşlığa da toxunur.

Bakıda Holokost qurbanlarının xatirəsinə həsr olunmuş konfransda iştirakını xatırlayan A.Qut azərbaycanlıların yəhudi xalqının yaşadığı ağrıları özününkü kimi qəbul etdiyini bildirir. O qeyd edir ki, tarixində antisemitizmin mövcud olmadığı Azərbaycanda yəhudilərə dost münasibəti bəslənilir.

Yazıda vurğulanır ki, İsrail xalqı Prezident İlham Əliyevə böyük hörmətlə yanaşır. Prezidentin müsəlmanların və yəhudilərin azərbaycanlıların konstruktiv birgəyaşayışına istiqamətlənmiş səyləri İsraildə yüksək qiymətləndirilir.