YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat verilib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri konqresmen Stiv Kohen 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi anılan faciənin dünyanın hansı hissəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün kommunizm zülmündən qurtuluşu, ölkəmizin müstəqillik, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizəni təcəssüm etdirdiyi bildirilir.

Konqresmen S.Kohen bəyanatında 1990-cı il yanvarın 20-də SSRİ rəhbərliyinin əmri ilə Bakıya daxil olmuş sovet ordusunun Azərbaycanda güclənən müstəqillik hərəkatını boğmaq məqsədilə dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini, nəticədə aralarında qadınların və uşaqların da olduğu 130 nəfərin qətlə yetirildiyini, habelə yüzlərlə insanın yaralandığını və itkin düşdüyünü bildirib.

Stiv Kohen sovet rəhbərliyinin gözləntilərindən fərqli olaraq, 20 Yanvar hadisələrinin Azərbaycan xalqını daha da səfərbər etdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini bəyan edib.

Sonda konqresmen bu gün Azərbaycanın dinamik inkişaf edən bir dövlətə çevrildiyini, habelə ölkədə demokratik dəyərlərin və azad bazar iqtisadiyyatının bərqərar olduğunu qeyd edib.