YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevda Abramov: Hansısa bir qurumun ölkəmiz haqqında qərəzli mövqeyi getdiyimiz doğru yolda maneə ola bilməz

«Hansısa bir qurumun ölkəmiz haqqında qərəzli mövqeyi bizim getdiyimiz doğru yolda maneə ola bilməz». Bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y.Abramov bildirib ki, “Freedom House” təşkilatının son hesabatı da Azərbaycana qarşı növbəti qərəzdir. Onun sözlərinə görə, belə hesabatlar «ənənəvi» xarakter alıb.

«Biz həmişə belə qərəzli hesabatlara münasibət bildirmişik. Bilirik ki, bu tipli qurumlar hansı qüvvələrin sifarişlərini yerinə yetirirlər. Əgər “Freedom House” reallığı görmək istəyirsə onun nümayəndələri ölkəmizə gəlib müşahidələrini aparmalıdırlar. Amma onlar bunu etmirlər, bir dəfə də olsun parlamentin İnsan hüquqları komitəsinə müraciət etməyiblər. Obyektiv olmayan, müəyyən qüvvələrin sifarişlərini yerinə yetirən qurumlardan gələcəkdə də belə hesabatlar gözləmək mümkündür. Bütün hallarda Azərbaycan öz doğru yolundan dönməyəcək»- deyə, Y.Abramov vurğulayıb.