YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Pambığın alış qiymətlərinə yenidən baxılmalıdır

Azərbaycan hökuməti güzəştli kreditləşdirmə və alış qiymətlərinin formalaşmasında iştirak yolu ilə pambıq istehsalçılarını dəstəkləyəcək. Biz istəyirik pambığı tədarük edən şirkətlər vasitəsilə fermerləri güzəştli şərtlərlə uzunmüddətli kreditlərlə maliyyələşdirək.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev "Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Azərbaycan-Türkiyə təcrübəsi" mövzusunda əməkdaşlıq konfransında deyib.

"Fermerlərin marağını qorumaq üçün şirkətlərlə danışıqlar aparırıq. Bu, çox vacibdir. Pambığın alış qiymətlərinə yenidən baxılmalıdır. İstehsalçılardan pambıq alan şirkətlər alış qiymətlərinin formalaşmasında dünya pambıq qiymətlərini və ölkədəki devalvasiyanı nəzərə almalıdır", - deyə nazir diqqətə çatdırıb.