Xəbərlər
Siyavuş Novruzov: Dialoq məkanı həmişə açıqdır
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/6f4c6ad9a1035665e3cb51c419161fe4.jpg&w=360)
“Dialoq məkanı həmişə açıqdır və iqtidar da həmişə dialoqa hazırdır”.
Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov iqridar-müxalifət dialoqu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
S.Novruzov hesab edir ki, hər bir siyasi partiya öz təkliflərini irəli sürməlidir: “2015-ci ildə 4 dəfədən artıq belə dialoq keçirilib. 2016-cı il yeni başlayıb. Hər bir siyasi partiya dialoqla bağlı öz təkliflərini irəli sürməlidir”.
S.Novruzov bildirib ki, siyasi partiyalar tərəfindən irəli sürülən təkliflər toplanıb birlikdə müzakirə olunmalıdır: “Təkliflərin ardıcıllığı müəyyən olunmalı və qaldırılan məsələlər üzrə müzakirələr aparılmalıdır”.