Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstana dövlət səfəri başa çatmışdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 17-də Yunanıstana dövlət səfəri başa çatmışdır.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.