YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Punj Lloyd-Limak” birgə müəssisəsi də TANAP-ın quru hissəsinin tikintisində iştirak edəcək

Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə daha bir tenderin qalibi müəyyən olub. “Punj Lloyd Ltd. - Limak İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi də TANAP-ın 48 düyümlük quru hissəsinin tikintisində iştirak edəcək.

“TANAP Doğalgaz İletim A.Ş.”nin elan etdiyi tender üzrə müvafiq qiymətləndirmə nəticəsində 48 düyümlük quru hissəsi üçün lot 4 boru kəmərinin inşası həyata keçirəcək şirkət “Punj Lloyd-Limak” birgə müəssisəsi seçilib.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və TAP boru kəmərinə birləşərək “Cənub” qaz dəhlizinin əsas hissəsini təşkil edən TANAP-ın uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 850 kilometr olacaq. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı nəql edəcək TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən TAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

 

DİGƏR Xəbərlər Arxiv