Xəbərlər
AŞPA-nın qış sessiyası bu gün işə başlayır
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası yanvarın 25-də işə başlayır.
Sessiyanın birinci günü AŞPA-nın yeni prezidenti və vitse-prezidentləri seçiləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiya çərçivəsində Avropada miqrant böhranı, Suriya və İraqda xarici döyüşçülər, Kosovoda vəziyyət, Avropa standartlarını və dəyərlərini qorumaqla beynəlxalq terrorizmlə mübarizə, Avropa Şurasına üzv ölkələrdə insan hüquqları müdafiəçilərinin qorunması və digər mövzular müzakirə ediləcək.
Toplantıda “Dağlıq Qarabağ və Sərsəng su anbarı” və “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilmişdir” adlı iki məruzə ətrafında müzakirələr aparılacaq, qərar qəbul olunacaq.