YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Ölkədə müəllimlərin 40 faizi yeni sistemlə əmək haqqı alacaq

«Prezident İlham Əliyevin təhsil işçilərinin əmək haqlarının 10 faiz artırılması barədə yanvarın 18-də imzaladığı sərəncam bütün təhsil işçilərinə şamil olunacaq». 

Bu barədə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib.

C.Bayramov qeyd edib ki, sərəncam fevralın 1-dən qüvvəyə minir. Onun sözlərinə görə, 2015-ci ilin noyabr və dekabr aylarında ölkənin 3 şəhər və əlavə olaraq 9 rayonunda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.

«Bu qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edib. Ölkə başçısının 2015-ci il 16 yanvar tarixli sərəncamına uyğun olaraq həmin diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşları 2016-cı il yanvarın 1-dən Bakı şəhəri və əlavə olaraq qeyd olunan şəhər və rayonlarda dərs yükü normasının və əmək haqqının yeni artım qaydalarına uyğun hesablanması aparılacaq. Bununla da 2016-cı ilin yanvarın 1-dən ölkədə müəllimlərin 40 faizi yeni sistemlə əmək haqqı alacaq»- deyə, nazir müavini qeyd edib.