YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Multikulturalizm ili”ndə Azərbaycan xalqının tolerantlıq ənənələri dünyaya daha geniş təqdim ediləcək

“Multikulturalizm ili”nin əsas məqsədi Azərbaycan xalqının birgəyaşayış, tolerantlıq ənənələrinin dünyaya daha geniş təqdim edilməsidir.

Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev yanvarın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Multikulturalizm ili” ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Kamal Abdullayev Prezident İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında imzaladığı Sərəncamdan sonra bu məsələyə daha böyük maraq göstərildiyini söyləyib. Dövlət müşaviri deyib ki, Azərbaycan multikulturalizmi yeni bir elmdir. Bu elm Azərbaycan psixologiyasını, ədəbiyyatını, mənəviyyatını, bu gününü və perspektivlərini özündə əks etdirir.

Dövlət müşaviri cari ildə və gələcəkdə bu sahədə görüləcək işlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.