YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samir Şərifov: Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək

«Büdcənin xərclər hissəsində lazımi düzəlişlər ediləcək». Bunu maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, ilk növbədə, manatın yeni məzənnə siyasəti ilə bağlı müəyyən qiymət artımlarının təsirinin əhalinin ən həssas qrupları üçün azaldılması və yumşaldılması üçün müəyyən sosial imtiyazlar verilir. Yəni bununla əlaqədar dövlət başçısının xüsusi tapşırığı var və tapşırığa uyğun olaraq, büdcədə də müvafiq düzəlişlər olunacaq.
«Əməkhaqlarının artırılması, eyni zamanda məcburi köçkünlər üçün ərzaq müavinətlərinin verilməsi ilə bağlı maliyyə təminatının yaradılması və digər sosial müavinətlər üçün dövlət büdcəsinin xərclər hissəsində də müvafiq dəyişikliklərin edilməsinə zərurət yaranıb. Azalan gəlirlərin təmin edilməsi üçün müəyyən tədbirlər görülməlidir. Gəlir mənbələrinin artımını təmin etməliyik. Bu məsələlər yeni büdcədə öz əksini tapmalıdır»- deyə, nazir vurğulayıb.