YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il “Səngəçal” ES-də 1 milyard 206,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

“Səngəçal” elektrik stansiyasında (ES) 2015-ci ildə 1 milyard 206,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən ilin dekabr ayında isə istehsal edilmiş elektrik enerjisinin həcmi 125,7 milyon kilovat-saata yaxın olub. Yanvarın 1-nə olan məlumata görə, 2008-ci ildən istismara verilən bu stansiyada 8 milyard 602,3 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən bildirilib ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda üç aqreqatda aparılan əsaslı təmir işləri davam etdirilir. Bu dövrdə stansiyada istismar edilən digər aqreqatlarda da növbəti texniki baxış keçirilib və meydana çıxan qüsurlu hallar operativ aradan qaldırılıb.