YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizdə qeyri-neft məhsullarının ixracı artıb

Ötən il 2391 adda məhsul ixrac edilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qeyri-neft məhsullarının ixracının artırılması və sahibkarların xarici ticarət əlaqələrinin inkişafı, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirlik tərəfindən kompleks tədbirlər həyata keçirilir. Təkcə 2015-ci ildə 260-dan çox biznes forum, işgüzar görüş və sərgi təşkil edilmiş, Qazaxıstanın Aktau şəhərində Logistik Mərkəzin inşası başa çatdırılıb.

Bununla yanaşı, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, sahibkarların ixrac-idxal əməliyyatları ilə bağlı qarşılaşdığı problemlərin araşdırılması, bu sahədə prosedurların sadələşdirilməsi işinin əlaqəli şəkildə təşkili məqsədilə İxracatçılar Klubu və müvafiq İşçi Qrupu fəaliyyət göstərir.

Eyni zamanda beynəlxalq təcrübə əsasında ixracın təşviqi mexanizmləri, o cümlədən ixrac kreditləşməsi, xarici bazarlarda təşviqat və brendləşmə, logistikanın yaxşılaşdırılması və s. tədbirlərin həyata keçirilməsi barədə təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, ötən ilin 11 ayı ərzində qeyri-neft məhsullarının ixracı 3,6% artaraq 1,5 mlrd. dollara çatıb. Bu müddətdə Azərbaycandan xarici ölkələrə 2391 adda məhsul ixrac edilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% çoxdur.

DİGƏR Xəbərlər Arxiv